İsrailin hücumu nəticəsində həyatını itirən əl-Əruri Həmas-ın İsrailə qarşı bütün təxribat fəaliyyətinin hərbi və maliyyə təşkilatçısı olub.

İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına hücumunda PUA-dan deyil, hərbi hava qüvvələrinin qırıcılarından istifadə edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə TASS-a Livan təhlükəsizlik xidmətindəki mənbə bildirib.

“Yanvarın 3-də Fələstin rəhbərliyinin iclasının keçirildiyi paytaxtın cənub kənarındakı Müşərrəfiyyə məhəlləsindəki binaya 6 raket atılıb, onlardan ikisi partlamayıb: “Hər raketin çəkisi təxminən 100 kq olub".

 Agentliyin həmsöhbətinin sözlərinə görə, zərbənin dəqiqliyini və raketlərin çəkisini təhlil edən ekspertlər belə qənaətə gəliblər ki, zərbələr pilotsuz təyyarələr deyil, hərbi təyyarələr tərəfindən endirilib.

“ Qırıcılardan biri tərəfindən atılan raketlər  HƏMAS hərəkatının siyasi büro rəhbərinin müavini Saleh əl-Əruri qərargaha gələn zaman binanın damını deşib”, - mənbə bildirib. Onun sözlərinə görə, əl-Əruri ilə birlikdə HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasının və sünni radikal “əl-Cəma əl-İslamiyyə” təşkilatının komandirləri də daxil olmaqla 6 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Livanın şiə “Hizbullah” partiyasının lideri Həsən Nəsrullah çərşənbə günü televiziya ilə çıxışında  “İsrail cinayəti ədalətli cəzasız qalmayacaq” xəbərdarlığını edib.

Daha əvvəl livanlı analitik Nidal Sabi agentliyə bildirib ki, əl-Əruri Həmas-ın İsrailə qarşı bütün təxribat fəaliyyətinin hərbi və maliyyə təşkilatçısı olub.

“O, 2010-cu ildə İsrail həbsxanasından çıxdıqdan və Suriyaya deportasiya edildikdən sonra Tehranla sıx əlaqə saxlayıb”, - ekspert bildirib.

2017-ci ildə əl-Aruri HƏMAS siyasi bürosunun rəhbərinin müavini İsmayıl Haniyə seçildi və radikal hərəkatda ikinci şəxs oldu.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN