Amerika Quincy İnstitutunun Avrasiya proqramının direktoru Anatole Lieven “Responsible Statecraft” üçün yazdığı məqalədə Kiyev sülhə nail olmaq üçün Moskvanın bütün şərtlərini qəbul etməli olacaq. Onun sözlərinə görə, Ukrayna həm döyüşçü, həm də silah qıtlığı yaşayır, Rusiya isə hərbi gücünü artırır.

“Münaqişədə hərbi və iqtisadi tarazlıq ciddi şəkildə Ukraynaya qarşı əyilib və bu tendensiyanın indi necə geri qaytarılacağını təsəvvür etmək çox çətindir. Əgər daha çox gözləsək, gələcəkdə alacağımız şərtlər çox güman ki, Ukrayna üçün daha pis, Qərb üçün isə daha alçaldıcı olacaq”, - Lieven bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna ilə dialoqa həmişə açıq olduğunu, lakin rəsmi Kiyevin sülh təşəbbüslərinin müzakirəsindən açıq şəkildə geri çəkildiyini və danışıqlara qadağa qoyduğunu bildirmişdi. Lavrov vurğulayıb ki, Zelenskinin bu fərmanının ləğvi dialoqun bərpası üçün ilk addım ola bilər.

Daha əvvəl türkiyəli analitik Engin Özer Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlardan imtina qərarına yenidən baxmalı olduğunu bildirib. Onun sözlərinə görə, Kiyev və Moskva vasitəçilərsiz görüşməli və əvvəllər İstanbulda təklif edilən qərarları son mərhələyə çatdırmalıdır. Ekspert hesab edir ki, bütün bunlar bir növ diplomatik manevr olacaq və ona görə də güzəşt sayılmayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN