Hələ 2011-ci il oktyabrın 23-də Vanda baş verən 7,2 bal gücündə zəlzələdən sonra zəlzələdən zərər çəkənlərə yardım üçün çadırlar aparan Gürcüstan təyyarəsi Ərzurum Hava Limanında satılıb.

Tezadlar.az CNN- türk- ə istinadla bildirir ki, qəzalı vəziyyətdə olan təyyarəni tender nəticəsində Türkiyəli iş adamı Tayfun Alağaşa alıb. Məlumatda o da deyilir ki, 1,8 milyon lirəyə alınan təyyarə kafe və restoran kimi istifadə ediləcək. Məlumat üçün bildirək ki, 2011-ci ildə zəlzələdən zərərçəkənlər üçün 31 ton ərzaq daşıyan Qırğızıstan təyyarəsinin qanadı Gürcüstan təyyarəsinin pilot kabinəsinə çırpılıb və nəticədə pilot kabinəsinə ziyan dəyib. Qəzadan sonra Qırğızıstana məxsus yük təyyarəsi yedəklə hava limanının dayanacağına aparılıb. Qəza ilə bağlı Türkiyə, Gürcüstan və Qırğızıstandan olan texniki qrup araşdırma aparıb. Təyyarəyə dəyən zərər sığorta şirkətləri tərəfindən aşkar edilib. Qəzadan təxminən bir ay sonra Qırğızıstan təyyarəsi sınıq qanadı təmir edildikdən sonra ölkəyə aparılıb. 2011-ci ildən bəri Ərzurum Hava Limanında saxlanılan Gürcüstan təyyarəsinin satışına isə ötən il qərar verilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN