ABŞ Ukraynaya hərbi dəstək verməyə davam edəcək, lakin 2022-2023-cü illər səviyyəsində deyil.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bu o demək deyil ki, biz onları 2022 və 2023-cü illərdə onlara verdiyimiz hərbi maliyyə səviyyəsində dəstəkləməyə davam edəcəyik”, - Miller deyib.

Onun sözlərinə görə, gələcəkdə Kiyevə ABŞ və müttəfiqlərindən maliyyə ayrılmasına ehtiyac olmayacaq, çünki Qərbin məqsədi Ukraynanın özünü hər şeylə, o cümlədən silahla təmin etməkdir.

“Lakin biz hələ bu nail olmamışıq, ona görə də ABŞ Konqresinin Ukrayna üçün əlavə maliyyələşdirmə haqqında qanun layihəsini qəbul etməsi vacibdir”, - Miller aydınlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN