Türkiyənin xarici işlər naziri Hakan Fidan Qərbin Qəzza zolağında Ukrayna ilə bağlı mövqeyindən köklü şəkildə fərqlənən mövqeyini “riyakarlığın zirvəsi” adlandırıb.

“Hürriyet” qəzeti yazır ki, türkiyəli nazirin bəyanatında deyilir: “Qəzzada baş verənlər Qərbin və avropalıların bütün nüfuzlarını, topladıqları bütün etibarlarını itirməsinə səbəb oldu”.

Fidan Qərb siyasətçilərinin oxşar situasiyalara yanaşmalarının fərqli olduğunu qeyd edib.

“Ukrayna və Rusiya məsələsində onların (Qərb – RED.) mövqeyindən fərqli olaraq, Qəzzə ilə bağlı mövqeyi ikiüzlülüyün zirvəsidir”, - o bildirib.

Nazirin sözlərinə görə, Qərb sadəcə olaraq fəzilət və əxlaq anlayışlarına məhəl qoymur.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə Adolf Hitler arasında “heç bir fərq olmadığını” bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN