Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını zəruri hesab edir.

Bunu “Politico” qeyd edib.

Nəşrin mənbələri bildirib ki, siyasətçi bu fikri şəxsi olaraq bir çox həmsöhbətinə ifadə edir. Eyni zamanda o, rəsmi çıxışlarında qeyd edir ki, NATO üzvlərinin əksəriyyəti hərbi töhfələr üzrə öhdəliklərini yerinə yetirmir. Ramasvami həmçinin Soyuq Müharibədən sonra alyansın genişlənməsinin Rusiya ilə toqquşma riskini lazımsız şəkildə artırmasından narahatdır.

“Politico” qeyd edir ki, respublikaçıların ideyaları həyata keçərsə, NATO-nun günləri sayılı olacaq.

Əvvəllər Ramasvami seçiləcəyi təqdirdə ABŞ Federal Təhqiqatlar Bürosunu (FTB) bağlamaq istəyirdi.

“FBİ-də (Federal Təhqiqat Bürosu – RED.) islahatlar aparıla bilməz. Düzgün cavab onu bağlamaqdır. Bəli, prezident bunu edə bilər. "Mən bunu edəcəyəm", - siyasətçi deyib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN