Xəbər verdiyimiz kimi, bu gün Bakının Yasamal rayonunda mərasim evinin tavanı çöküb.

DİN-dən verilən məlumata görə, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.

"Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyyə edilib", - deyə məlumatda qeyd edilirdi.

TEZADLAR.AZ xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı  bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

 Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.  Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, KİV-də gedən məlumata görə, hadisə vaxtı mərasim evinin ikinci mərtəbəsində yas mərasimi keçirilirmiş. Bu zaman ikinci mərtəbənin döşəməsi birinci mərtəbənin tavanı ilə birgə qəfil çöküb. Nəticədə yuxarı mərtəbədəki mərasimdə iştirak edən qadınlar əyləşdikləri masalarla birgə birinci mərtəbəyə yıxılıblar.

Bildirilir ki, hadisədən bir neçə dəqiqə əvvəl 1-ci mərtəbədə olan şəxslər oranı tərk ediblərmiş. Az sonra isə çökmə hadisəsi yaşanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN