Almaniya Bundestaqının Almaniya Xristian Demokrat İttifaqı və Bavariya Xristian Sosial İttifaqından olan deputatı Matias Hauer Berlində yerləşən Rus Evinin bağlanması məsələsini qaldırıb.

Tezadlar.az xəbər verir ki, deputatın bəyanatının mətnini lenta.ru dərc edib.

“2014-cü ildən bəri Berlindəki Rusiya Evinin maliyyələşdirilməsi ilə bağlı federal hökumətdə hansı məlumatlar var və hökumət 2022-ci ilin fevralından sanksiyalar altında olan Rossotrudniçestvo tərəfindən idarə olunan qurumu bağlamağı düşünübmü?” - bəyanatda deyilir.

2023-cü ilin yanvarında Berlin prokurorluğu Almaniyanın paytaxtında Rusiya Evinin fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.

Keçən ilin aprelində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiyadakı Höte İnstitutunun bank hesablarının bloklanması yalnız Berlindəki Rus Evinin bank hesablarının dondurulması halında açıla bilər.

Oktyabr ayında Berlin prokurorluğu Almaniyanın paytaxtında Rusiya Elm və Mədəniyyət Mərkəzinin (RCSC, Rus House) fəaliyyəti ilə bağlı “bütün araşdırmaları” dayandırıb.

​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN