İspaniyada on minlərlə insan Qəzza zolağında hərbi əməliyyatlara etiraz olaraq yürüşlər keçirib. Ən çox yürüşlər Madriddə baş tutub, təşkilatçılar 50 mindən çox iştirakçı sayıblar.

İspanlar hökumətdən İsraillə hər hansı tərəfdaşlığa son qoymağı tələb edib və Qəzzadakı hərbi cinayətləri 1937-ci ilin aprel hadisələri - Gernika şəhərinin faşist təyyarələri tərəfindən dağıdılması ilə müqayisə edib.

İtaliyada da Fələstin xalqına dəstək yürüşləri keçirilib. Viçenza şəhərində nümayişçilər İsrail istehsalçılarının iştirakı ilə zərgərlik sərgisinin qarşısını almağa cəhd ediblər. Polis nümayişçiləri dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib.

Daha əvvəl bildirilmişdi ki, fəallar Qəzza zolağına dəstək üçün Parisdən Brüsselə piyada yola düşüblər. Onlar fevralın 1-dək Avropa Parlamentinə çatmaq niyyətindədirlər.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN