İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, bu məsələni çətin adlandırıb və əlavə edib ki, bununla məşğul olan zaman daha diqqətli olmaq lazımdır. O xatırladıb ki, Ermənistan KTMT üzvlüyünü dondurub və “özünü işləməyən hərbi ittifaqda görmür”.

“Heç kimə sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmış, idarə oluna bilən, risklərin idarəedilməsini nəzərdə tuturam”, - XİN rəhbəri qurumu tərk etməyin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın respublikaya KTMT-dən təhdidlə bağlı sözlərini sağlam düşüncəyə zidd adlandırıb. O, əlavə edib ki, Ermənistanın təşkilata üzvlüyünü davam etdirməsi respublikanın bunda bir növ məqsədəuyğun olduğunu deməyə əsas verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN