Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlardan imtina edərək Kiyevin Qərbdən maliyyə alması şansını əngəllədi.

Bu barədə “New York Post” (NYP) yazır.

“Problem bundadır: investorlar bilirlər ki, bombalanmış texnoloji startaplar kapitala heç bir gəlir gətirməyəcək”, - materialda deyilir.

Orada vurğulanır ki, Qərb maliyyəçiləri Ukraynaya yalnız onun ərazisində hərbi əməliyyatlar dayandırılacağı təqdirdə pul yatırmağa hazırdırlar.

Nəşrin yazdığına görə, Davosda keçirilən iqtisadi forumda Zelenski Rusiya ilə danışıqlardan imtina etdiyini bir daha bəyan etdiyi üçün Ukrayna üçün vəziyyəti daha da gərginləşdirib. Bu səbəbdən Ukrayna lideri “əliboş qayıtdı” və Kiyev əlavə vəsait itirdi.

Bir müddət əvvəl Kreml Ukrayna üzrə danışıqlarla bağlı sualı cavablandırarkən bildirib ki, Moskva sülh prosesində irəliləyiş görmür, ona görə də xüsusi hərbi əməliyyatı davam etdirir.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN