Əfqanıstanda qəzaya uğrayan “Falcon 10” təyyarəsinin pilotlarından biri Arkadi Qraçov atası Yuri ilə əlaqə saxlayıb.

Bu barədə REN TV-yə ata özü məlumat verib.

Kişinin sözlərinə görə, oğlu naməlum nömrədən zəng edib. Çox güman ki, o, həkimlərin birindən ailəsinə zəng etmək üçün ona telefon nömrəsi verməsini istəyib.

“Oğlum zəng etdi: "Ata, mənəm. Bizdə hər şey yaxşıdır". Şən, sağlam səslə”, - deyə kanalın həmsöhbəti bildirib.

Yuri əlavə edib ki, oğlu ondan narahat olmamasını xahiş edib və tezliklə evə qayıdacağına söz verib. Pilotun bu həftə geri dönməsi mümkündür.

"Qısa zəng idi. Təbii ki, mən göz yaşlarına boğuldum", - kişi qeyd edib.

Xatırladaq ki, Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, “Falcon 10” yanvarın 20-də axşam saatlarında Əfqanıstanda Tacikistanla sərhədə yaxın ərazidə əlaqəni dayandıraraq radar ekranlarından itib.

REN TV-nin mənbəsi bildirib ki, “Falcon 10” pilotu radardan itməzdən əvvəl hər iki mühərrikin nasazlığı barədə məlumat verib.

Hadisədən sonra Rusiya İstintaq Komitəsi hava nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

Yanvarın 21-i axşam Əfqanıstanda “Falcon 10”-un qəzaya uğraması nəticəsində 4 nəfərin sağ qaldığı məlum olub, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın Əfqanıstandakı səfirliyinə istinadən məlumat yayıb və bunu Əfqanıstanın Nəqliyyat və Aviasiya Nazirliyi də təsdiqləyib. Onlar axtarış-xilasetmə işləri nəticəsində tapılıb. Sağ qalanların müxtəlif dərəcəli bədən xəsarətlərinin olduğu müəyyən edilib.

​​​ E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN