Gürcüstan prezidenti yenidən hakim partiyanı sərt tınqid edib...

""Gürcü arzusu” Rusiyanın maraqlarının marionetinə çevrilib, bu isə o deməkdir ki, Rusiyanın Gürcüstandakı strategiyaları hərbi xarakter daşımır”,- deyən prezident Salome Zurabişvili Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı əlavə edib ki, vəziyyət hazırda "rusca"dır. O, "Gürcüstandakı mövcud vəziyyət onun istəyinə uyğun getməsə, Vladimir Putinin ordudan istifadə etmə ehtimalının nə dərəcədə ola bilər" sualını da cavablandırıb. "Əgər Vladimir Putin Gürcüstanda ordudan istifadə edərsə, onun  hansı plan var" sualına isə Salome Zurabişvili cavab verib ki, heç bir plan yoxdur, nə də bu baş verməyəcək, çünki Gürcüstan Ukrayna deyil. Gürcüstanda analoji ordu və hərbi qüvvə yoxdur.
 Zurabişvili, Avropanın taleyini Ukraynadakı müharibənin, həmçinin Moldova və Gürcüstanda planlaşdırılan seçkilərin nəticələri müəyyən edəcəyini bildirib.
O həmçinin, Rusiya və region ölkələri arasında nə zaman sülh olacaq sualına da cavab verib: “Tarixi bilənlər bilirlər ki, nəyin bahasına olursa olsun sülh yoxdur. Sülh yalnız ədalətli olanda olur, sülh o zaman olur ki, insanlar azadlığa, ölkələr müstəqilliyə malik olsunlar. Əminəm ki, Rusiya dünyanın hər bir xalqı kimi onun da hörmət edilməli olan sərhədləri olduğunu başa düşəndə ​​sülh olacaq. O, ilk növbədə sərhədlərinin harada olduğunu bilməli, sərhədlərə hörmət etməli, qonşularına hörmət etməli və öz sərhədləri daxilində qalmağa razı olmalıdır. Bu, uzunmüddətli sülhü təmsil edən yeganə sülhdür”, - deyə Salome Zurabişvili qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN