Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqi kursunu davam etdirmək və Ukraynanı dəstəkləməkdə qərarlıdır.

Tezadlar.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin yeni rəhbəri Takeşi İvaya deyib.

“Biz Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları fəal şəkildə təşviq etməyə davam edəcəyik”, - deyə o, oktyabrın 1-də baş nazir vəzifəsində Şiqeru İşiba tərəfindən əvəzlənmiş Fumio Kişidanın əvvəlki administrasiyasının mövqeyini mahiyyətcə təkrarlayıb.

İvaya həmçinin qeyd edib ki, “Avropa və Hind-Sakit okean regionunda təhlükəsizlik ayrılmazdır” və “istənilən yerdə status-kvonu güc yolu ilə dəyişdirmək cəhdi qəbuledilməzdir”. O, Moskva tərəfindən dəfələrlə rədd edilən Rusiya Federasiyasına qarşı əvvəlki ittihamları təkrarlayıb.

Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Kişida hökuməti Rusiyaya qarşı bir neçə sanksiya paketi təqdim edib.

Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrevin sözlərinə görə, Tokio əslində əsas qonşularından biri – Rusiya ilə münasibətləri tamamilə pozmağa - xərclərin Ukraynadakı vəziyyətə görə Qərbin başlatdığı “anti-Rusiya kampaniyasına fürsətçi qoşulmanın” faydalarından az olacağına qərar verib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN