Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.

Bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

Qladkovun aydınlaşdırıb ki, təyyarə əhalinin məskunlaşdığı ərazinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı ölüb.

Qubernatorun sözlərinə görə, qəza yeri mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri hadisə yerinə gəlib, istintaq tədbirləri aparılır.

"Fəlakətin səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir", - Qladkov əlavə edib.

​​​ E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN