Sankt-Peterburqda ağır yol qəzası baş verib.

Bu barədə REN TV xəbər verir.

"Avtobus dayanacaqda dayanan izdihamla toqquşub", - kanalın həmsöhbəti bildirib.

Hazırda ən azı beş qurbanın olduğu məlumdur.

Aydınlaşdırılıb ki, qəza Vasileostrovski rayonunda baş verib.

Hazırda qəzanın baş vermə şəraiti və səbəbləri məlum deyil.

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, hazırda bu faktla bağlı araşdırma aparılır.

“Yanvarın 24-də saat 16 radələrində Berinq küçəsində, ev 38-in yaxınlığında 152 saylı marşrut xətti üzrə hərəkət edən müntəzəm avtobus naməlum səbəbdən piyadaların olduğu səkiyə çıxıb”, - məlumatda deyilir.

İdarədən vurğulayıblar ki, hazırda zərərçəkənlərlə bağlı məlumatları dəqiqləşdirirlər. Hadisə yerinə Dövlət Yol Müfəttişliyinin əməkdaşları göndərilib.

​​​ E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN