Almaniyadan olan zibilliklərdən yeyən şəxsin gizli milyonçu olduğu üzə çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” yazır.

Darmstadtdan olan 80 yaşlı Heinz B. evsiz adama bənzəyir və hər şeyə qənaət edir. Onun mobil telefonu yoxdur, velosipedlə dolaşır və yeməyə ayda beş avrodan çox pul xərcləyir. Ərzaqların çoxunu zibilliklərdə tapır. Eyni zamanda, təqaüdçü heç də dilənçi deyil: “Bild”in müxbirləri Heinz B.-nin böyük bir ev sahibi olduğunu öyrəniblər. Məlum olub ki, zibil yığan şəxsin səkkiz evi, iki mənzili olub.

Heinz B. qənaətcilliyi sayəsində varlandığını iddia edir.

“Yeməyimin çoxunu zibil qutusunda tapıram. İnsanlar israfçıdırlar və bütün ailəni doyuracaq qədər ərzağı tullayırlar. Məsələn, bir qutu kolbasa alır, birini yeyir, qalanını isə sadəcə olaraq zibil qutusuna atırlar”, - deyə təqaüdçü bildirib.

Kişi əmanətlərinə nəzarət edir: vəsaitin bir hissəsini banka faizlə qoyur və daşınmaz əmlak alır, çünki bu yolla onun vəziyyəti demək olar ki, inflyasiyaya məruz qalmır.

Adam son evini 700 min avroya alıb, onu, sadəcə hesabından çıxarıb. Təqaüdçü bütün daşınmaz əmlakını icarəyə verir. Santexnika, elektrik ustalarına maaş verməmək üçün bütün təmir işlərini özü edir, sakinlər üçün hər hansı işi görür.

Heinz B.-nin yaxın qohumları və uşaqları yoxdur. Onun sözlərinə görə, o, bütün əmlakını ikinci əmisi oğluna vəsiyyət edə bilərdi, lakin onların vərəsəlik vergisini ödəməyə pulu yoxdur. Kişi evləri və mənzilləri indiki kirayəçisi kimi saxlaya biləcəyini düşünür.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN