...Vaxt itirmədən keçirəm mətləbə: bu gün Bəxtiyar Vahabzadə küçəsində ( metronun "EA"sı stansiyasının çıxışı) dəftərxana ləvazimatı almaq üçün avtomobilimi parkladım və AYNA-nın 1181 sorğu mərkəzinə mesaj göndərdim...

Saat 12:50-də sorğuya qayda üzrə yazdım: "90DL707-10381"(sonuncu parklama məntəqəsidir).

 12:50-də mənə 1181-dən mesaj gəldi: "90DL707 nomreli avtomobil 10381 nomreli menteqede park edildi. Park yerini terk ederken parklanmani bitirmek uchun parklanmani bashlatdiginiz mobil nomreden SON yazib 1181-e sms gondermeyi unutmayin. Mobil tetbiqi yuklemek uchun https://app.azparking.az linkini izleyin".
 Mən 12:53-də "SON" yazıb ərazini tərk edirəm. Bu vaxt "Error" mesajını görüb təkrar iki dəfə "Son" yazıb 1181-ə göndərirəm... Bu "Error" mesajı təkrar gəlir.

 13:05- də bir də "Son" yazıb AYNA- ya ərməğan edirəm... Ürəyim dözmür. Çünki biinsaf AYNA-çılar cərimə soxuşdurmaq üçün fürsət axtarır... Ona görə də 13:05- də digər mobil nömrədən də "Son" yazıb göndərirəm... Bu dəfə Allah, daha dəqiq, yerdəki bəndələri tanımayan AYNA- dan 13:06- da ardıcıl olaraq belə mesajlar gəlir ki: 

 img_4850

img_4849

img_4848

img_4847

 Sonra dalbadal belə mesajlar da gəlməkdə davam edir: 

"10381 menteqesinde 90DL707 nomreli neqliyyat vasitesinin parklanma muddeti novbeti saata kechir...".

ardınca: "Parklanma tapilmadi. Parklanmani sonlandirmaq uchun SON ve ya odenilmemish parklanmani odemek uchun ODE yazib 1181-e gonderin. Mobil tetbiqi yukleyib daha rahat park edin!" və sair.

Əsl dəlixana!

XXX 

...Beləliklə, belə başa düşürəm ki, paytaxt Bakının dar- düttək yollarını BUS- a, Velosipedə... parçalayıb insanları parklamalarına zorlayan AYNA-nın aynada özünə diqqətlə baxmasına zərurət var. İşi- gücü sürücülərə cərimə yazmaq olan Yol Polisi ilə yarışa girən bu qurumun sonu nədir, tezliklə bilinəcək...

Asif MƏRZİLİ

P.S.Deyəsən, məsələ ya mollalıqdır, ya da məhkəməlik... 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN