Zaman-zaman danışığında alt-üst vuran Ermənistanın baş naziri Nikol Paşinyan yenə sarsaqlamağa başlayıb: o, Azərbaycanla sərhəddə baş verən atışma ilə bağlı insidenti Bakının “dağıdıcı siyasətinin” təzahürü adlandırıb.

Tezadlar.az “Gazeta.Ru”-ya istinadən xəbər verir ki, baş nazir bu barədə Nazirlər Kabinetinin iclasında bildirib.

TASS isə Paşinyanın sayıqlamasından sitat gətirib ki, guya “Azərbaycan “mən istədiyimi danışıq yolu ilə ver, əks halda zorla alacam” siyasətini davam etdirir. Bizim təhlillər göstərir ki, Bakının bu siyasətinin bir səbəbi var: sərhədin bəzi hissələrində hərbi əməliyyatlara başlamaq, sonradan onları Ermənistan Respublikasına qarşı genişmiqyaslı müharibəyə çevirmək. Bu niyyəti rəsmi Bakının bütün hərəkətlərində, açıqlamalarında oxumaq olar", - deyə o qeyd edib.

“Lenta.ru” yazır ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verənləri İrəvanın təxribatına adekvat cavab adlandırıb. “Ermənistanın nə qədər himayədarı olsa da, heç kim bizə mane ola bilməz", - o, deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN