NATO ölkələri Rusiya hərbi sənayesinin istehsal tempindən narahatdırlar.

Tezadlar.az bildirir ki, bu barədə “Financial Times” xəbər verir.

“Qərb siyasətçilərinin narahatlığının səbəblərindən biri Rusiyanın müdafiə sənayesini dirçəltməsidir ki, bu da son bir ildə Qərbdə çoxlarının qeyri-mümkün hesab etdiyi sürətlə baş verib”, - materialda deyilir.

Nəşr qeyd edir ki, Rusiya hərbi sənayesi təkcə 2023-cü ildə milyonlarla artilleriya mərmisi və bir neçə yüz tank istehsal edib. Donald Trampın ABŞ prezidentliyinə mümkün qayıdışı və alyansla bağlı təhdidləri səbəbindən NATO-nun özünün gələcəyi təhlükə altındadır.

Britaniya kəşfiyyatçısı nəşrə etiraf edib ki, Qərb bu gün təhlükəli dövrlər yaşayır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya Avropa ölkələri ilə döyüşmək və ya Şimali Atlantika Alyansı dövlətlərinə hücum etmək niyyətində deyil.

​​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN