Konfransda Prezident İlham Əliyevin çıxışı gözlənilir

Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə fevralın 16-18-də Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi Münhenə işgüzar səfərə yola düşüb. Konfrans çərçivəsində baş nazir xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, məlumata görə, konfransın proqramına əsasən, Münhendə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı gözlənilir.

​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN