Latviyada doqquzuncu sinif şagirdləri bu il məktəbi rus dili və ya rus ədəbiyyatı üzrə qiymətləndirmə olmadan bitirə biləcəklər.

Bu barədə “DELFI” Latviyanın təhsil və elm naziri Anda Çaksa istinadən yazır.

O qeyd edib ki, qanun layihəsinə müvafiq dəyişikliklər üzərində iş yekunlaşmaq üzrədir.

Eyni zamanda, rus dilini ikinci xarici dil kimi tədris edən müəllimi olmayan məktəblərdən başqa təhsil müəssisəsi ilə distant təhsil müqaviləsi bağlamaq tələb olunacaq.

Təhsil Nazirliyinin məlumatına görə, hazırda Latviya məktəblərinin demək olar ki, yarısında rus dili ikinci xarici dil kimi öyrənilir. Eyni zamanda, nazirlik 2026-2027-ci tədris ilindən başlayaraq məktəblərdə şagirdlərə rus dilini deyil, ikinci xarici dil kimi Aİ ölkələrinin rəsmi dillərindən birini təklif etməyi tələb etməyi təklif edib.

Bundan əvvəl Latviyanın Dövlət Təhsil Məzmun Mərkəzi (VISC) baş ekspert Rita Kursitenin rus dilində olan məktəb materialları ilə bağlı bəyanatından sonra onu işdən çıxarıb. İşdən çıxarılmadan əvvəl Kursitenin Latviyada Rusiya ilə bağlı hər şey qadağan olunarsa, ölkənin informasiya vakuumunda qalacağı barədə bəyanatı səsləndirilib.

​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN