Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətinin Borisov rayonuna pilotsuz təyyarənin köməyi ilə hücum edib, nəticədə rabitə obyekti zədələnib.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

"Borisov rayonu Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Nikitskoye kəndində infrastruktur rabitə obyekti kamikadze pilotsuz uçan aparatla hücuma məruz qalıb. İtki yoxdur. Obyektə ziyan dəyib", - o yazıb.

Qladkov qeyd edib ki, Tsapovka kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub, ilkin məlumata görə, itki yoxdur. "Bir neçə mərmi kənd təsərrüfatı müəssisəsinin ərazisinə düşüb - binalardan birində dağıntı var, rabitə xətləri də zədələnib", - o əlavə edib.

Qladkovun sözlərinə görə, Boqun-Qorodok kəndinin kənarında kvadrokopterdən üç partlayıcı qurğu atılıb, itki yoxdur, fərdi yaşayış binasının damı zədələnib.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA