İtaliyanın Neapol şəhərində NATO əleyhinə keçirilən kütləvi nümayiş təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşma ilə başa çatıb.

Tezadlar.az xəbər verir ki, etirazçılar Alyansın 75-ci ildönümü şərəfinə konsertin keçiriləcəyi San-Karlo Teatrının qarşısında toplaşaraq, qurumdan siyasi məqsədlər üçün istifadə edilməməsini tələb ediblər. San-Karlo Teatrı Neapol mədəniyyətinin əsas simvollarından biri hesab olunur.

Nümayişçilər silahsız olublar, lakin bu, polisin dəyənəklərdən istifadə edərək kütləni zorakılıqla dağıtmasına mane olmayıb.

İzdiham NATO əleyhinə şüarlar səsləndirərək, İtaliyanı blokdan çıxmağa çağırıb. Polisin hərəkəti nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisi ağır kəllə-beyin travması alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA