Moskvanın Basmannı Məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdluluq fəaliyyəti ilə bağlı cinayət işinin istintaqı çərçivəsində beynəlxalq axtarışa verilmiş Norveç Sami Parlamentinin Finlandiyadan olan keçmiş deputatı Sandra Eyranı qiyabi həbs edib.

Tezadlar.az bildirir ki, bu barədə məhkəmədən məlumat verilib.

“Moskvanın Basmannı Rayon Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən Sandra Andersen Eyra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilib. Təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib", - məlumatda bildirilib.

Ehtiyat tədbiri təqsirləndirilən şəxsin tutulduğu və ya Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi andan iki ay müddətində qüvvədə olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA