Fransa Ermənistana hərbi texnika tədarük etmək qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bunu Fransanın İrəvandakı səfiri Olivye Dekotini deyib.

Sosial şəbəkələrdə diplomat qeyd edib ki, Fransa həqiqətən də “hər kəsin əldə etmək istədiyi” texnologiyaya malikdir.

Olivye Dekotini "Fransada hər kəsin əldə etmək istədiyi hərbi pilotsuz təyyarələrə qarşı radarları var" başlığı altında “Politico”-da dərc olunan məqaləyə keçid yerləşdirərək, "Fransa bunu Ermənistana verir", - deyə qeyd edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ordunun inkişafı konsepsiyasının dəyişdirilməsinin zəruriliyini bəyan etmişdi, çünki İrəvan artıq hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və yalnız Rusiya ilə müdafiə əlaqələrini artıra bilməz.

Baş nazir qeyd edib ki, ölkə, məsələn, ABŞ və Fransa ilə hansı hərbi əlaqələr qura biləcəyini təhlil etməlidir.

Xatırladaq ki, öz növbəsində, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bildirib ki, Fransa Azərbaycanda casus şəbəkəsi yaratmağa başlayıb və Ermənistanı “başqa müharibəyə” təhrik etməkdə davam edir, “Cənubi Qafqazı döyüş meydanına çevirmək” planını həyata keçirir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA