Ermənistanda müxalifət ölkənin baş naziri Nikol Paşinyanın siyasi həyatının tezliklə başa çatması ilə bağlı bəyanatla çıxış edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Paşinyanın istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, baş nazir siyasi karyerasını başa vurmaq üzrədir.

“Açıq deyirəm, siz siyasi həyatınızın son günlərini yaşayırsınız. Bunu yaxşı xatırla, Nikol Paşinyan. Qanunsuzluğa, konstitusiya pozuntularına son qoyulacaq... və siz bütün məsuliyyəti daşıyacaqsınız... Mən çox aydın danışıram”, –  arxiyepiskop jurnalistlərlə söhbətində deyib.

Qalstanyan vurğulayıb ki, onun fikrincə, Ermənistanda hüquqi və mənəvi baxımdan heç bir güc yoxdur. O əlavə edib ki, etirazçılar mümkün repressiyalardan qorxmurlar.

"Bütün bunlar bitməlidir, başqa cür ola bilməz", - etirazçıların lideri bildirib.

Bundan əvvəl Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının etirazları fonunda çıxış edib. Baş nazir bildirib ki, erməni kilsəsi “təsir agenti”dir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN