Yeddilik Qrupu (G7) ölkələri KXDR və Rusiya arasında hərbi əməkdaşlığı pisləyib, həmçinin İranı Rusiya tərəfinə dəstəkdən imtina etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin ölkənin şimalındakı Stresa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş kommünikedə deyilir.

“Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı kəskin şəkildə pisləyirik ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır”, - sənəddə deyilir.

G7-nin maliyyə nazirlikləri və Mərkəzi Bankın rəhbərləri həmçinin Rusiyaya ikili təyinatlı material və komponentlərin, eləcə də “bütün dünya şirkətlərindən, o cümlədən Çindən” hərbi istehsal üçün avadanlıqların tədarükü ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Moskva Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə və qəti şəkildə rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu cür iddiaları şayiələr adlandırıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN