Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.

Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

DİN Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA