Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin “ruhu ölü” təşkilat olduğunu deyib.
Tezadlar.az-ın məlumatına görə, o hesab edir ki, BMT nəinki Qəzzada törədilən soyqırımı dayandırmaq, hətta öz işçilərini xilas etmək iqtidarında olmadığı üçün bir təşkilat kimi ölüb.
“Doğrudanmı içinizdə bir damla insanlıq qalmadı? 15 min günahsız uşaqdan nə istəyirdiniz? Ay Amerika dövləti, bu qan sizin də əlinizdədir. Siz bu soyqırıma görə İsrail kimi eyni məsuliyyəti daşıyırsınız”, - deyə prezident aydınlaşdırıb.
E.ŞİRİNOV