Bu gün saat 10:30-da “Vətən naminə Tavuş” müxalifət hərəkatının etiraz aksiyasının başladığı Ermənistan hökumətinin binası bütün perimetr boyu polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Tezadlar.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yerləşdiyi Respublika meydanından yayımı yerli xəbər portalları həyata keçirir.

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını avtomobillərini ölkənin baş meydanına sürməyə, park etməyə və hökumətin iclasının saat 11:00-da başladığı hökumət binasına doğru hərəkət etməyə çağırıb.

Qeyd edək ki, Bakı və İrəvanın Tavuş bölgəsində sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəlməsi xəbərindən sonra Ermənistanda etirazlar başlayıb. Əslində İrəvan Azərbaycan SSR-in tərkibində olan və 1990-cı illərdən Ermənistanın nəzarətində olan 4 kəndin Bakıya verilməsinə razılıq verib. “Vətən üçün Tavuş” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın birtərəfli qaydada torpaqları Azərbaycana təhvil verməkdə ittiham edərək istefasını tələb edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA