Litva hökuməti Ədliyyə Nazirliyinin Rusiya və Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqaviləni ləğv etmək təklifini bəyənib.
Tezadlar.az bildirir ki, bu barədə TASS respublika hökumətinin saytına istinadən xəbər verir.
Bəyanatdan belə çıxır ki, Moskva ilə Vilnüs arasında müqavilə əslində iki il əvvəl başa çatıb. Rusiyadan Litvaya gələn sorğular yalnız Litva vətəndaşlarının maraqları ilə birbaşa əlaqəli hallarda yerinə yetirilir.
Ədliyyə naziri Evelina Dobrovolska izah edib ki, bu qərarın verilməsinə səbəb guya geosiyasi vəziyyətin dəyişməsi və Rusiyanın xüsusi hərbi əməliyyat keçirməsi olub.
Onlar 2025-ci il yanvarın 21-də növbəti uzadılma tarixindən əvvəl sazişi denonsasiya etməyi planlaşdırırlar.
Müqavilə 1992-ci ildə bağlanıb və hər beş ildən bir yenilənirdi.
Bundan əvvəl Litva hökuməti Seymin Rusiya və Belarus mənşəli 2,8 min adda müxtəlif malların idxalını qadağan etmək təklifini təsdiqləyib.
E.ŞİRİNOV