Almaniyanın Saksoniya-Anhalt əyalətlərinin daxili işlər naziri Tamara Zieschanq reper Əbu Şaqranın HƏMAS-a dəstək verdiyi üçün vətəndaşlığından məhrum edilməsini tələb edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bild in Russian” Telegram kanalı yazır.

2024-cü ilin fevral ayında əvvəllər Suriya vətəndaşı olan 18 yaşlı sənətçi Almaniya vətəndaşlığını alıb və Saksoniya-Anhalt bölgəsində yerləşən Halle şəhərində yaşayır. Üstəlik, noyabr ayında region Almaniyada ilk ölkə oldu ki, ölkənin yeni vətəndaşlarını İsrailin mövcudluq hüququnu yazılı şəkildə təsdiqləməyə məcbur edib. Əbu Şaqra öz videosunda HƏMAS yaraqlılarının məsuliyyət daşıdığı 7 oktyabr 2023-cü il qətliamını tərifləyir.

Video yayımlanandan bir neçə həftə sonra reper Halledə alman pasportu alıb. Əbu Şaqra vətəndaşlıq proseduru çərçivəsində İsrailin mövcud olmaq hüququ və antisemitizm meyllərinin olmaması barədə bəyanatlar imzalayıb.

"Mən birmənalı olaraq Almaniyanın İsrail Dövləti və İsrailin mövcud olmaq hüququ üçün xüsusi məsuliyyətini tanıyıram və bütün antisemitizm cəhdlərini pisləyirəm", - Əbu Şaqranın imzaladığı bəyanatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA