2-ci Qərb Dairə Hərbi Məhkəməsi andlıların hökmü əsasında ötən ilin yanvarında Belqorod vilayətindəki kazarmaların birində sərxoş vəziyyətdə olan Sverdlovsk vilayətindən səfərbər edilmiş Dmitri Lobovikovu 23 il müddətinə azadlıqdan məhrum edib.
Tezadlar.az xəbər verir ki, məhkəmənin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, o, həmkarlarının yatdığı yerdə onların otağına qumbara atıb.
"O, 70 min rubl cərimə və kiçik çavuş hərbi rütbəsindən məhrum edilməklə, ciddi rejimli koloniyada 23 il müddətinə azadlıqdan məhrum edilib", - məhkəmənin mətbuat katibi İrina Jirnova bildirib.
Qumbara partlaması nəticəsində 7 hərbçi həlak olub, 16-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hökm qanuni qüvvəyə minməyib və ona şikayət verilə bilər.
E.ŞİRİNOV