İrəvan hesab edir ki, Ankara ilə diplomatik əlaqələr qurmağın, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün birgə sərhədin açılmasının vaxtı çatıb.

Tezadlar.az xəbər verir ki, xarici işlər naziri Ararat Mirzoyan bu barədə Tallinndə estoniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır, məncə, Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkələrin vətəndaşları üçün, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı razılaşmalarımız var. Onları yerlərdə həyata keçirmək vaxtı yetişib”, - o deyib.

Qeyd edək ki, mətbuat konfransı YouTube-da Estoniya Xarici İşlər Nazirliyinin kanalında yayımlanıb.

E.ŞİRİNOV

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN