Energetika naziri Pərviz Şahbazov iyulun 26-da Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının inzibati binasında (ünvan: Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, Naxçıvan küçəsi 46/48) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev),  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) və Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN