Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı başqası ilə əvəz edə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Vaqarşak Arutyunyanın yerinə namizəd artıq seçilib.

“Yəqin ki, siz mətbuatdan bilirsiniz ki, tezliklə bizim Rusiyada yeni səfirimiz olacaq... Artıq namizədlik təqdim olunub və biz təyinatı gözləyirik”, - Simonyan qeyd edib.

Lakin siyasətçi Rusiyadakı səfir postuna namizədin adını açıqlamayıb. Məlumdur ki, ölkə hakimiyyəti bu vəzifəyə hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qurgen Arsenyanın namizədliyini irəli sürüb. Səfir Vaqarşak Arutyunyan 2022-ci ildən Ermənistanın Rusiya Federasiyasındakı səfiri vəzifəsində çalışır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN