Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi baş verib.

Tezadlar.az yerli informasiya portalı “Asianet”-ə istinadən xəbər verir ki, son məlumatlara görə, fövqəladə hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Aydın olur ki, bundan əvvəl 24 ölümlə bağlı məlumat daxil olub. Hadisə nəticəsində azı 70 nəfərin yaralandığı da bildirilib.

Vayanad rayonunda dağlıq ərazilərdə sürüşmə baş verib. Yüzlərlə insan dağıntılar altında qala bilər.

Ştatın səhiyyə naziri Veena Corc sürüşmə bölgəsindəki körpünün dağıldığını bildirib. Bu səbəbdən xilasedicilərin qəza yerinə yaxınlaşması çətinləşir.

Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin bildirib ki, sürüşmə qurbanlarının yaxınlarına 200 min hind rupisi veriləcək ki, bu da təxminən 2,4 min dollara bərabərdir. Hindistan hakimiyyəti yaralılara 50 min hind rupisi (təxminən 600 dollar) ayıracaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN