Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda göstərilir ki, Paşinyan və Pezeşkian ayrıca görüş keçirəcək.

Qeyd edəkki, iyulun 28-də İranın ruhani lideri Əli Xamneyi Pezeşkianın prezident kimi təsdiq edilməsi haqqında fərman imzalayıb. İnauqurasiya bu gün, iyulun 30-da Məclisin (birpalatalı parlament) binasında baş tutacaq. İyulun 23-də İran Məclisinin Rəyasət Heyətinin üzvü Müctəba Yusefi bildirib ki, andiçmə mərasimində ən azı 60 ölkədən xarici nümayəndələrin iştirakı gözlənilir. Mərasimdə Rusiya nümayəndə heyətinə Dövlət Dumasının sədri Vyaçeslav Volodin rəhbərlik edəcək.

Pezeşkian keçmiş prezident İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından sonra İranın prezidenti seçilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN