Kursk vilayətinin Lqov rayonunun hakimiyyəti Telegram messencerində Ukrayna Silahlı Qüvvələrinin (USQ) Lqov şəhərinə çatdığı və Kursk Atom Elektrik Stansiyasından (AES) 15 km aralıda yerləşdiyi barədə yayılan saxta məlumat adlandırıb.

Tezadlar.az xəbər verir ki, rayon administrasiyasının “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində verilən məlumata görə, fotoda saxta yol nişanı əks olunub.

“Saxta: Ukrayna Silahlı Qüvvələri Kursk Atom Elektrik Stansiyasından 15 kilometr aralıda yerləşən Lqov şəhərinə çatıb”, - deyə məlumatda bildirilir.

Rayon administrasiyasının məlumatına görə, ukraynalı təxribatçılar sadəcə olaraq “Lgov” yazısı olan yol nişanının maketini düzəldiblər və fotoşəkil çəkiblər, lakin nişan QOST-a uyğun gəlmir. Həqiqi nişanlar daha böyük ölçülüdür və iki dayağa quraşdırılmışdır. “Bunlar Lgov-un girişində olan işarələrdir, sadəcə olaraq Google panoramalarında əraziyə baxmaqla bunu yoxlaya bilərsiniz”, - administrasiya bildirib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN