Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Cavadxan küçəsində və Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

R.XUDATQIZI

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN