Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətində üç yaşayış məntəqəsinə hücum edib, sakinlərdən heç kim xəsarət almayıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“Bölgəmizdə üç yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. İlkin məlumata görə, itki yoxdur. Belqorod vilayətinin Petrovka kəndindəki anbar mərmi atəşi nəticəsində zədələnib”, - o yazır.
Region rəhbərinin sözlərinə görə, Volokonovski rayonunun Novoe kəndində drondan partlayıcı qurğu atıldıqdan sonra avtomobilə ziyan dəyib.
Qrayvoronski şəhər dairəsinin Qolovchino kəndində kamikadze pilotsuz uçan aparatın partladılması nəticəsində ticarət obyekti yanıb, qarajda dayanmış “Qazel” tamamilə yanıb.
"Yanğınsöndürənlər yanğınları dərhal söndürüblər", - Qladkov bildirib.
Fəsadlarla bağlı məlumatlar dəqiqləşdirilir. Yerdə əməliyyat xidmətləri işləyir.
E.ŞİRİNOV