Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda italiyalı həmkarı Antonio Tajani ilə görüşdə deyib.

Məlumatda qeyd edilib ki, həmsöhbətlər Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.

“Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı addımlar xatırladılıb. Nazir Mirzoyan vurğuladı ki, Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın mövqeyi və siyasi iradəsi var və Ermənistanın saziş layihəsi ilə bağlı son təklifi buna xidmət etdi”, - Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazir Mirzoyan vurğulayıb ki, “Ermənistanın regionda sabitliyin təmin edilməsinə dair baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də iqtisadi qarşılıqlı əlaqənin təmin edilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır”.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakının sülh müqaviləsi mətninin demək olar ki, 80%-ni təsdiqlədiyini bildirib və Azərbaycan hakimiyyətini razılaşdırılmış hissəni imzalamağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA