Bərdə şəhərinin Vətən müharibəsi şəhidi Nadirov Rəşad Nadim oğlunun adına bulaq kompleksinin açılışı olub.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinkaya və bir qrup partiya fəalı iştirak edib.

Xatırladaq ki, Rəşad Nadim oğlu Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayonu N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial iş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.

Əsgər Rəşad Nadirov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində qardaşı Elşadla birlikdə Xocavəndin və Füzuli rayonunun azad edilməsində iştirak edib və sonuncuda şəhidlik zirvəsinə ucalıb. Qardaşı Elşad isə yaralanıb. Azərbaycan Respublikası  Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Nadirov Rəşad Nadim oğlu ölümündən sonra “Vətən uğrunda”  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bulağın açılışında YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək bildirib ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazılıb: “Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da  ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Vətən müharibəsindən sonra partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən “Şəhid ailələrinə qayğı” aksiyasını həyata keçirir. Bu aksiya çərçivəsində YAP üzvləri mütəmadi olaraq şəhid və qazi ailələrində olur və onların qayğıları ilə maraqlanırlar.

Şəhid Nadirov Rəşad Nadim oğlunun adına bu bulaq Kompleksinin inşa edilməsində də YAP Bərdə rayon təşkilatının fəal üzvü, “Bərdə-Çörək” ASC-nin sədri Məhərrəm Şəfiyevin böyük maddi dəstəyi  olub”.

Tədbirdə iştirak edən şəhid Rəşad Nadirovun  ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində hər zaman şəhid ailələrinə göstərilən diqqət və qayğıdan öz məmnunluqlarını ifadə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN