Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Həmin müraciəti kiçik ixtisarla təqdim edirik:

"Cənab Prezident! Əvvəlcə sizdən keçirəcəyim bu etiraz aksiyasına görə üzr istəyirəm. Gərək məni bağışlayasınız. Mən ulu öndər Heydər Əliyevin ruhuna, sizin apardığınız siyasətə xəyanət etməmişəm və etməyəcəyəm.

Artıq 10 ildir mənə verilən zülmlərə daha tab gətirə bilmirəm. Yazdığımız müraciətləri sizə çatdırmırlar. Müraciətlərimizi gizlədirlər. İnsana nə qədər ömür verilib k,i onun da 10 ilini bəzi məmurlarla vuruşasan?! Mənə edilən bu zülmlərin arxasında duran, illər uzunu sizin tövsiyələrinizə əməl edərək, Azərbaycan həqiqətlərini, apardığınız siyasəti, ulu öndərimizin müqəddəs həyat və fəaliyyətini dünya ictimaiyyətinə çatdırmaqda olan işlərimizdən irəli gəlir.

Sizə, cənab Prezident təcili araşdırılıb tədbir görülməsi üçün 08.04. 2022 №36\04-22 müraciət ünvanlamışdım.

Xahiş etmişdim ki həmin müraciəti araşdırılması üçün PREZİDENT YANINDA XÜSÜSİ XİDMƏT ORQANLARINA HƏVALƏ EDƏSİNİZ. ÇÜNKİ BAŞQALARININ “KİMİNSƏ XATİRİNƏ” PRİNSİPİ İLƏ İŞLƏDİKLƏRİNƏ GÖRƏ SƏMİMİYYƏTİNƏ, OBYEKTİVLİYİNƏ İNANMIM YOXDUR! ÖZ NÖVBƏMDƏ, LAZIM GƏLƏRSƏ, BÜTÜN SUALLARI CAVABLANDIRMAĞA CANLA-BAŞLA HAZIR OLDUĞUMU VURĞULAMIŞDIM. Çox təəssüf ki, bu müraciətimə də bəzi məmurlar laqeyd yanaşdılar və heç bir araşdırma aparılmadı.

Bu dəfə şikayətim Diasporla iş üzrə Dövlət Komitəsindəndir. Ailəni başçısı qoruyar. Dünya Azərbaycanlıları diasporları da bir ailədir. Komitənin sədri Fuad Muradov Dünya Azərbaycanlıları diasporları ailəsinin başçısıdır. Çox təəssüflər olsun ki, komitənin sədri Fuad Muradov diaspor ailəsinə lazımınca qayğı göstərə bilmir, yalan vədlərlə diasporları aldadır, kimlərə isə yarınmaq üçün onların xahişi ilə komitənin keçirdiyi tədbirlərə lazımsız adamları dəvət edir və hərdən göstərişlərlə diaspora nümayəndələri ilə görüşür.

Bu dəfə üzləşdiyim hadisələr haqqında təkrar yazmaq istəmirəm. Yuxarıda adı çəkilən müraciətimdə bu haqda ətraflı yazmışdım. Allah şahiddir ki, mənə qarşı olan bu haqsızlıqda Azərbaycanın Qırğızıstandakı səfrinin rolu olduğuna inanmıram. Çünki mən yeni səfirlə görüşməmişəm, heç bir təmasda olmamışam, onunla hər hansı bir münaqişəmiz olmayıb. Məni tanımadan, bilmədən səfirin belə bir iş edəcəyi şübhə doğurur.

Diasporla iş üzrə Dövlət Komitəsindən mənə demişdilər ki, səfir AR XİN üzərindən Prezident Administrasiyasına məktub yazıb, guya orada da mənim adımı həmin məktub əsasında siyahıdan siliblər. Buna səbəb isə səfirin PA-ya yazdığı məktubun mövcudluğu və həmin məktubun komitəyə daxil olduğu haqda Diasporla iş üzrə Dövlət Komitəsindən mənim email poçtuma rəsmi məktub daxil olması idi. Əvvəlki müraciətimdə elə buna görə səfirliyi ittiham edərək yazmışdım. Sonradan başa düşdüm ki, Diasporla iş üzrə Dövlət Komitəsi məni səfirlə qarşı-qarşıya qoymaq istəyir. Deyək ki, belədir, səfir XİN üzərindən PA-ya məktub ünvanlayıb, özünü diaspora ailəsinin başçısı sayan Fuad Muradov məni müdafiə etməli deyildimi?

Mən şəxs kimi kiminsə xoşuna gəlməyə də bilərəm. Amma sizin tövsiyələrinizə sadiq qalaraq - heç kəsdən bir qəpik belə almadan - gördüyümüz işlər, dövlətdən maliyyələşən Diasporla iş üzrə Dövlət Komitəsinin gördüyü işlərdən ən azı on dəfə çoxdur. Bilirəm, komitə bu müraciətdən sonra yenə öz məharətinə, bacarığına uyğun, həm sizə, həm də mətbuat üçün haqqımda nələrsə fikirləşəcək.

Bu səbəbdən də qərara gəldim ki, bu addımı atım. Məni hamı ilə düşmən salan kitabları aprel ayının 22-də yandırım. Bu məqsədlə Qırğızıstandakı bütün diplomatik korpusları, KİV mənsublarını və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsini kitabyandırma mərasiminə dəvət edirəm. Bişkek Meriyasına aksiyanı keçirmək üçün müraciət hazırlayıram. Müraciəti aprelin 14 meriyaya təqdim edəcəyəm".

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN