Ermənistan İstintaq Komitəsinin Vayots Dzor üzrə İstintaq İdarəsi

 ER Cinayət Məcəlləsinin 258-ci maddəsi 4-cü bəndi əsasında 27 yaşlı İrəvan sakini Şant Baqratyan saxlanılıb.

Ermənistan mətbuatının yaydığı məlumata görə,  Şant Baqratyan Vayots Dzor vilayətində yanacaqdoldurma məntəqəsinin direktoru 45 yaşlı Vahe Asatryanı döyərək bədən xəsarəti yetirməkdə şübhəli bilinir. Hadisə aprelin 2-də baş verib. Baqratanyanın Ermənistan Milli Assambleyanın deputatı, “Eko Oyl” MMC-nin direktoru Sergey Baqratyanın oğlu olduğu bildirilir. Ş.Baqratyan Ermənistan hüquq-mühafizə orqnları tərəfindən saxlanılıb.

Yanacaqdoldurma məntəqəsinin döyülən direktoru şikayətçi olmaqdan imtina edib.

Əlbəttə, bu qədər imkanlı və təsir dairəsi geniş olan Baqdasaryanın oğlu barədə şikayətçinin şikayət etməkdən imtina etməsi, o qədər də təəccüblü olmamalıdır. Belə olmasaydı, 27 yaşlı oğul az qala atası yaşda kişini döyməzdi. Görünür, deputat atanın kölgəsinə sığınan oğul da elə buna görə yumruğuna arxayındır...

Y.Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN