Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya yola düşür.

Ermənistan mətbuatının yazdığına görə, Paşinyan prezident Vladimir Putinlə görüş zamanı hansısa sənədi imzalayacaq.

Və bu da narahatlığa səbəb olub...

Lakin hökumətyönlü “Haykakan Jamanak” qəzeti deyilənləri təkzib edərək qeyd edib ki, görüşdə hər hansı sənədin imzalanması gözlənilmir.

Qəzet qeyd edir ki, görüş zamanı hansısa sənədin imzalanmasının planlaşdırıldığı barədə mətbuatda məlumatlar tirajlanır.

Məlumata görə, Paşinyanın Rusiyaya (aprelin 19-20) rəsmi səfəri çərçivəsində bir sıra səfərlər və görüşlər nəzərdə tutulub.

Paşinyanı Rusiya prezidenti Vladimir Putin qəbul edəcək və ölkə başçıları Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı gündəlikdəki məsələləri müzakirə edəcək.

Görüşdə Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını, həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri də müzakirə edəcəklər.

Paşinyanın aprelin 20-də Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcəyi planlaşdırılır.

Xatırladaq ki, Ermənistan tərəf hələ də üçtərəfli sazişin bir çox bəndlərinə əməl etmir, həmçinin davamlı olaraq qanunsuz erməni silahlı birləşmələr tərəfindən atəşkəs pozulur, müxtəlif təxribatlara əl atılır.

İki gün öncə bu barədə Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda açıq şəkildə qeyd edilib ki, “Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində atəşkəsi pozub”.

Lakin Rusiya sülhməramlıların yerləşdirildiyi ərazidə erməni silahlılarının indiyədək “at oynada” bilməsi isə özlərini onların yanında təhlükəsiz və rahat hiss etmələrindən xəbər verir... Görünür, onların nazı ilə çox oynanılır...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN