Mühasirəyə alınan Mariupolun sığınacaqlarından birində Holokostdan sağ çıxmış 91 yaşlı Vanda Obedkova dünyasını dəyişib.

 Bu barədə “Chabad.org” məlumat yayıb.

 Qeyd edilir ki, Vanda Semyonovna 1930-cu ildə Ukraynanaın Mariupol şəhərində anadan olub.10 yaşında ikən Vanda Semyonovna Obedkova Mariupolda zirzəmidə gizlənərək alman nasistlərindən sağ qurtula bilib.

Vandanın anası Mariya 1941-1943-cü illərdə nasistlərin 16.000-dən çox yəhudini öldürdüyü Mariupol yaxınlığındakı Aqrobaza kəndində güllələnib. Lakin balaca Vanda qaçmağı bacarır. Qonşular nasistləri qızın yunan əsilli olduğuna inandırırlar. 1954-cü ildə Vanda evlənir və Larisa adlı bir qızı övladı olur. Və qadın bütün ömrünü Mariupolda keçirir, hətta müharibə başlayandan sonra da şəhəri tərk etmir.

Rus işğalçılarının şəhəri bombalaması səbəbindən qadının ailəsi zirzəmiyə köçmək məcburiyyətində qalır.

"Su yox idi, işıq yox idi, istilik yox idi və dözülməz dərəcədə soyuq idi ... Biz onun üçün heç nə edə bilmədik. Biz heyvan kimi yaşayırdıq! Hər dəfə bomba düşəndə ​​bütün bina titrəyirdi. Anam İkinci Dünya Müharibəsi zamanı belə bir şey xatırlamadığını söyləyirdi”, -deyə qızı  Larisa Chabad.org-a  bildirib.

Beləliklə, Vanda Obedkova ağır şəraitə dözməyərək,  ahıl vaxtında zirzəmidə vəfat edir.

Atışmalara baxmayaraq, qızı Larisa və əri qadını Azov dənizindən bir kilometrdən az məsafədə olan parkda basdıra biliblər...

İndi alman faşistlərindən canını qurtaran Vanda da yoxdur, onun sevimli  Mariupolu da yerlə - yeksan edilib.

P.S. Qeyd edək ki, Holokost –  Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərin hesablamalarına görə, 17 milyon insana qədər qalxa bilər.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN