Audit olunan qurumlarda layihə, dövlət proqramı, eləcə də fəaliyyət üzrə nəticəliliyin tam təmin edilmədiyi aşkarlanıb.

Bu barədə aprelin 20-də Milli Məclisdə keçirilən komitə iclasında deyilib. İclasda Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iclasda keçirilən 4 səmərəlilik auditi barədə əsas məqamları diqqətə çatdırıb.

O, həmçinin hesabat ilində audit olunan qurumlarda layihə, dövlət proqramı, eləcə də fəaliyyət üzrə nəticəliliyin tam təmin edilmədiyinin aşkarlandığını qeyd edib.

Bildirilib ki, audit tapıntılarının əsas səbəbləri strateji planlaşdırma işinin zəif təşkil edilməsi, görülən işlərin davamlı olmaması, həmçinin fəaliyyət üzrə indikatorların müəyyənləşdirilməməsindən ibarət olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN