Hakimlərin qanunsuz və əsassız qərarlarının səsi Avropa İnsan Haqları Məhkəməsindən gəlirsə, bu artıq vəziyyətin qiymətləndirilməsinə əsas verir...

"Təzadlar" bu barədə dəfələrlə yazıb. Belə hakimlərin sayəsində isə Azərbaycan dövləti sanksiyalara məruz qalır, cərimə ödəməli olur.

Azərbaycan Məhkəmə Hüquq Şurasının cəza tətbiqləri isə bəzən səmərə vermir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi bu yaxınlarda intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN